Azərbaycanın avtomobil istehsalı müəssisəsi olan "Azərmaş" MMC-ni cərimə gözləyir.

İqtisadiyyat.az xəbər verir ki, buna səbəb şirkətin qanunvericiliyin tələblərindən birini pozmasıdır.

Belə ki, MMC-yə nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinə əsasən cərimə protokolu tətbiq olunub.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Solmaz Mustafayevanın sədrliyi ilə araşdırılacaq.

Həmin maddəyə əsassən, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.