Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 552,1 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,7 milyon dollar azdır.

Hesabat dövründə Almaniyadan Azərbaycana 247,1 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının Almaniyaya ixracı isə 304,9 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova