Bu ilin I rübündə Azərbaycanın cari əməliyyatlar balansının qalığı 1 602,7 milyon ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət balansında 2 486,2 milyon dollarlıq qalıq, xidmətlər balansındakı 500,4 milyon dollarlıq kəsir, ilkin gəlirlər balansındakı 516,5 milyon dollarlıq kəsir (o cümlədən investisiya gəlirlərinin repartiasiyasındakı 412,9 milyon dollarlıq kəsir) və təkrar gəlirlər balansındakı 133,4 milyon dollarlıq qalıq hesabına formalaşıb.

Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən il xarici ticarət balansının qalığı 3% artıb, xidmətlər balansının kəsiri 0,6% artıb, ilkin gəlirlər balansının kəsiri 2,1% azalıb (o cümlədən investisiya gəlirlərinin repartiasiyasındakı kəsiri 33,5% artıb), təkrar gəlirlər balansının qalığı 20,1% azalıb.