Azərbaycandan bu ilin yanvar-fevral aylarında Türkiyəyə neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 73,1% azalaraq 68 min ton təşkil edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin Türkiyəyə ixrac etdiyi neftin dəyəri isə 76,2% azalaraq 36 milyon dollar olub.

 

Gözəl Həşimova