Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında Avropa çempionatında 10-cu turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyeva cari turda gürcüstanlı Nino Batsiaşvili qarşılaşıb.

Partiya bərabərliklə yekunlaşıb. Bununla da aktivindək xalların sayını 8,5-ə çatdıran xanım zəka sahibi Avropa çempionu olub.

Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb