Bu ilin birinci rübündə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 178,9 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% azalıb.

Hesabat dövründə Azərbaycandan bu ölkəyə 160,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Gürcüstandan idxalının dəyəri isə 18 milyon dollar olub.

 

Gözəl Həşimova