Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

İqtisadiyyat.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki güləşçisi final görüşünə çıxıb.

50 kq-da mübarizə aparan Mariya Stadnik finalda türkiyəli Evin Demirhana "tuş"la qalib gələrək 10-cu dəfə Avropa çempionu olub.

Alyona Kolesnik (59 k) isə finalda Alina Filipoviçlə (Ukrayna) üz-üzə gəlib. Qarşılaşma Kolesnikin qələbəsi ilə başa çatıb.