“COP29-dakı yüksək təşkilatçılığımız iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəyə töhfədir” - RƏY

"COP29-un Azərbaycanda keçirilməsinin və yüksək səviyyədə təşkil olunması faktının özü belə ölkəmizin iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəyə töhfəsi kimi qiymətləndirilməlidir və bu amil, dövlətimizin beynəlxalq hüququn müstəqil subyekti kimi ümumbəşəri problemlərin müzakirəsinə və həllinə xidmət edən qlobal məsuliyyətini nümunə ola biləcək anlamda dərk etdiyini göstərir. Şübhəsiz ki, bu məqam çağdaş siyasi reallıqlar kontekstindən dəyərləndiriləndə mühüm və tarixi əhəmiyyətə malikdir".
Xəbərlər yüklənir...









