Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qardaş ölkədə keçiriləcək prezident seçkilərinin ikinci turunda səs verib.

İqtisadiyyat.az-ın xəbərinə görə, o, səfirlik binasında açılan seçki məntəqəsində səsvermə hüququndan istifadə edib. 

“İkinci turda səs verdik. Ölkəmiz və millətimiz üçün xeyirli olmasını arzulayıram”, - C.Bağçı tviterdə yazıb.