Ağdam Rayon İcra Hakimiyyəti başçısının Əlimədədli ərazi nümayəndəsi Fərrux Cabbarov faciəli şəkildə vəfat edib.

Bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.

Qeyd edilib ki, F.Cabbarov ötən gün axşam saatlarında ağır yol qəzası nəticəsində həyatını itirib.