Xarici İşlər Nazirliyində çalışan diplomatların gender bölgüsü açıqlanıb.

İqtisadiyyat.az-ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Qeyd edilib ki, 2022-ci illə müqayisədə səfir qadınların sayı 1 nəfər azalıb, səfir kişilərin sayı 6 nəfər artıb. Müşavir qadınların sayı 10-dan 12-yə qalxıb, müşavir kişilərin sayı 66-dan 71-ə qalxıb. Beləliklə, hazırda 2 nəfər qadın səfir və 62 nəfər kişi səfir var. Daimi nümayəndə, təmsilçilik ofisinin rəhbəri, müşavir elçilərimiz arasında qadın yoxdur. Xüsusi tapşırıqlar üzrə səfirlərimizin də 6-sı kişidir və qadın xüsusi tapşırıqlar üzrə səfirimiz yoxdur.