Universal poçt rabitəsi xidmətlərinin tarifəri müəyyənləşib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərar imzalayıb.

Kollegiya Universal poçt rabitəsi xidmətləri üzrə tarifləri təsdiq edib.

Hüquq şöbəsinə bu qərarın qəbul edildiyi gündən 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etmək tapşırılıb.

Qərar Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.