Türkiyənin "Koç Holdinq"i "Yapı Kredi Bank"ın səhmlərinin satışı üçün "First Abu Dhabi Bank" ilə danışıqlara başlayıb.

İqtisadiyyat.az oxu.az-a istinadən xəbər verir ki, məsələyə yaxın mənbələr qiymətlə bağlı danışıqların davam etdiyini və razılaşma əldə olunarsa, əməliyyatın həcminin 8 milyard dollar civarında ola biləcəyini bildiriblər.

Xəbərlə əlaqədar açıqlama verən "Koç Holdinq" danışıqların davam etdiyini, lakin ictimaiyyətə açıqlama tələb edən hər hansı bir razılaşma olmadığını bildirib.