Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) çərçivəsində Azərbaycanda xidmət göstərəcək və satış edəcək xaricilər vergidən azad ediləcək.

İqtisadiyyat.az xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, bu tədbirlərlə əlaqədar olaraq malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsinə cəlb olunmuş xarici fiziki şəxslərin bu sahədən əldə etdiyi gəlirlər-2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad edilir.

Bundan başqa, COP29 tədbirləri çərçivəsi ndə xarici şəxslər (yəni həm fiziki, həm də hüquqi şəxslər) tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə malların idxalı 2024-cü il martın 1-dən 9 ay müddətinə ƏDV-dən azad olunacaq.