Bakıda bərpa olunan enerji ilə bağlı İnvestisiya Forumunun keçirilməsi məsələləri müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) baş direktoru Françesko La Kamera ilə Azərbaycanın təşkilatla əməkdaşlığının inkişafı ilə bağlı görüşümüz oldu. Enerji Keçidinin Sürətləndirməsi Platforması (ETAF) COP29 çərçivəsində IRENA ilə əməkdaşlığı müzakirə etdik", - nazir qeyd edib.