Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 6 900,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,2% çoxdur.

Son 1 ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 11,4% artaraq 3 549,5 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 3,2% artaraq 3 350,8 milyon manat olub.