Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçiriləcək beynəlxalq turnirə dəvət alıb.

İqtisadiyyat.az xəbər verir ki, 30 aprel – 1 may tarixlərində təşkil olunacaq yarışda seçməmizlə yanaşı son dünya çempionu Rumınya, Bosniya və Hersoqovina, Albaniya və Monteneqro komandaları iştirak edəcək.

Turnirdən əvvəl komandamızın Monteneqronun Herseq Novi şəhərində bir həftəlik təlim-məşq toplanışı nəzərdə tutulub