Yunan-Roma güləşi üzrə millimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmaqla, medalların əyarına görə cari Avropa çempionatının ən yaxşı komandası oldu.

İqtisadiyyat.az xəbər verir ki, xal sisteminə görə yalnız Türkiyədən geri qalan Azərbaycan güləşin bu növündə 5-ci dəfə (2011, 2018, 2020, 2023, 2024) komanda hesabında qitə birincilliyində 2-ci yeri tutdu.

Yığmamız ümumilikdə Avropa çempionatlarında 10-cu dəfə ilk "3-lük"də yer aldı. Buna qədər 4 dəfə (2012, 2014, 2016, 2019) fəxri kürsünün 3-cü pilləsinə yüksələn komandamız 2022-ci ildə Avropa çempionu olub.