Futbol üzrə Azərbaycan Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, 32-ci turun “Sumqayıt” – “Qarabağ” matçını 9300 azarkeş izləyib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qeydə alınan bu göstərici 2023/2024 mövsümünün yeni rekordudur. Daha əvvəl bu arenada gerçəkləşən 21-ci turun “Sumqayıt” – “Neftçi” qarşılaşmasında 8100 tamaşaçı olub.

Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” görüşü “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə bitib – 1:0.