Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulacaq.

İqtisadiyyat.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

İlk oyun "Liv Bonadea Arena"da baş tutacaq. "Araz-Naxçıvan" burada "Zirə"ni qəbul edəcək.

Günün və turun son oyununda lider "Qarabağ" ən yaxın izləyicisi "Sumqayıt"la üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası

24-cü tur

25 fevral

16:30 Araz-Naxçıvan - Zirə

Baş hakim: Rauf Allahverdiyev

"Liv Bonadea Arena"

19:00 Qarabağ - Sumqayıt

Baş hakim: Nicat İsmayıllı

Tofiq Bəhramov adına Respublika stadionu