Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.

İqtisadiyyat.az xəbər verir ki, 5-ci qrupda mübarizə aparan yığmamız üçüncü sınağında Litva seçməsini qəbul edəcək.

Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək və “CBC Sport” kanalı ilə canlı yayımlanacaq