FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan yığması ötən cədvəllə müqayisədə 1 pillə irəlləyərək 113-cü yerdə qərarlaşıb.

Yığmanın aktivində 1174.22 xal var.

İlk sırada isə Argentina qərarlaşıb (1855.2). İkinci yerdə Fransa (1845.44), üçüncü pillədə isə İngiltərə millisi (1800.05) yer alıb.