Azərbaycan Premyer Liqası klublarının 2023-cü ildəki ümumi gəlirləri məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə UEFA-nın hesabatında bildirilib.

10 klubun ümumi gəliri 47 milyon avro olub. 18 milyon avro (38 faiz) kommersiya gəlirindən əldə edilib.

16 milyon avronu (33 faiz) UEFA təmsilçilərimizə verib. Digər gəlirlər 13 milyon avro (27 faiz), bilet satışından qazanc isə 1 milyon avro (2 faiz) göstərilib