Azərbaycan güləşçisi Murad Məmmədov (63 kq) Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatının qalibi olub.

İqtisadiyyat.az xəbər verir ki, o, bu gün finalda Aleksandr Qruşinə (Ukrayna) 2:1 hesabı ilə qalib gələrək qızıl medala yiyələnib.

Daha bir Azərbaycan güləşçisi Rəşad Məmmədov (55 kq) isə həlledici görüşdə Artyom Deleanuya (Moldova) uduzub - 3:5.