Azərbaycana bu ilin yanvar-aprel aylarında 30,4 milyon dollar dəyərində 76,8 min ton gübrə idxal edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,3 milyon dollar çoxdur.

Məlumata görə, hesabat dövründə gübrə idxalı ölkənin ümumi idxalının 0,56 %-ni təşkil edib.

 

Gözəl Həşimova