Bu ilin yanvar-aprel aylarında Azərbaycana 107,2 milyon ABŞ dolları dəyərində dənli bitkilər idxal edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə edilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən dənli bitkilərin dəyəri 55 milyon dollar və ya 33,9% azalıb.

Əlavə edək ki, bu dövrdə ölkəyə 59,6 milyon ABŞ dolları dəyərində 266,6 min ton buğda idxal edilib.

 

Gözəl Həşimova