Bu ilin birinci rübündə Azərbaycandan 32,2 milyon dollar dəyərində 5,3 min ton fındıq ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin fındıq ixracından qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon dollar azalıb.

Əlavə edək ki, bu dövrdə Azərbaycanın qeyri-neft sektorunda fındıq ixracının payı 4.79% təşkil edib.

 

Gözəl Həşimova