AZAL dövlət bankında depozit yerləşdirib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" ASC-də 50 milyon manat depozit yerləşdirib. "Report" xəbər verir ki, bununla bağlı ilk müqavilə fevralın 5-də imzalanıb. Depozit 6 ay müddərinə, illik 8 %-lə yerləşdirilib. Avqustun 1-də isə depozitin müddətinin bitdiyi tarixdən növbəti 6 ay müddətinə uzadılmasına dair əlavə saziş imzalanıb və illik faiz dərəcəsi 7 % müəyyən edilib. Bu il AZAL həm də banklar qarşısında olan öhdəlikləri üzrə 32,968 milyon manat əsas borc və 13,471 milyon manat faiz ödənişi həyata keçirib.
Müəllif
Xəbərlər redaksiyasıXəbərlər yüklənir...









