Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “Bakı şəhərinin küçə və prospektlərində sərnişin avtobusları üçün quraşdırılmış dayanacaq pavilyonlarında yaranmış nasazlıqların aradan qaldırılması xidmətlərinin satın alınması” ilə bağlı tender elan edib.

Bu barədə İqtisadiyyat.az AYNA-ya istinadən xəbər verir.

Agentlik dayanacaq pavilyonlarında yaranmış nasazlıqların aradan qaldırılmasının 524.895,47 manata başa gələcəyini ehtimal edir.