Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu

Sığorta bazarında ilin ilk ayı KASKO seqmentində ziddiyyətli dinamika ilə yadda qalıb. Azərbaycanın sığorta şirkətləri cari ilin yanvarında avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 5 milyon 452 min manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz və ya 164 min manat azdır. 2025-ci ilin yanvarında bu göstərici 5 milyon 616 min manat təşkil etmişdi. Eyni zamanda bu ilin yanvarında ödənişlər artıb - KASKO üzrə 2 milyon 429 min manat ödəniş həyata keçirilib ki, bu da illik müqayisədə 1,6 faiz və ya 38 min manat çoxdur. Nəticədə zərər əmsalı yüksələrək hər 100 manat yığıma qarşı 44,6 manat ödəniş səviyyəsinə çatıb. Yığımların azalması və ödənişlərin artması fonunda bazarın hansı istiqamətdə hərəkət etdiyi maraq doğurur. Bəs, görəsən, 2,9 faizlik azalma mövsümi dalğalanmadır, yoxsa daha dərin proseslərin ilkin siqnalıdır?
Müəllif
Cavad QarayevXəbərlər yüklənir...









