Avropanın təbii qaz hasilatı yataqlarda davam edən təmir işləri sayəsində keçən il 19 milyard kubmetr azalaraq 214 milyard kubmetrə düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) 2024-cü il üçün təbii qaz hesabatında paylaşılıb.

Buna görə qlobal təbii qaz hasilatı keçən il 0,8% artaraq 4,08 trilyon kubmetrə çatıb. Sözügedən dövrdə Şimali Amerika, Yaxın Şərq və Asiya-Sakit okean regionunda təbii qaz hasilatında artım, Avrasiya və Avropada isə azalma müşahidə olunub.

Avropada üç əsas istehsalçı Norveç, Hollandiya və Böyük Britaniyanın hasilatı müvafiq olaraq 7 milyard, 5,5 milyard və 4,6 milyard kubmetr azalıb.

 

Gözəl Həşimova