Ötən il Avropa İttifaqı (Aİ) ölkələrində iribuynuzlu mal-qara və qoyunların sayı azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat yayıb.

Məlumata görə, Aİ ölkələrində 2022-ci ildə 74,8 milyon baş olan mal-qaranın ümumi sayı 2023-cü ildə 73,8 milyon başa düşüb. Region ölkələrində mal-qaranın sayı illik təxminən 1,3% azalıb.

Aİ ölkələrində xırdabuynuzlu heyvanlar arasında qoyunların sayı 59 milyondan 57,5 ​​milyona qədər azalıb. Qoyunların sayının illik azalması 2,5%-ə çatıb. Keçilərin sayı isə 11,3 milyondan 10,7 milyona qədər azalıb. Keçilərin sayında illik azalma 5%-i ötüb.

 

Gözəl Həşimova