“Avropa siyasi birliyi”nin sammitinin ölkəmizdə keçiriləcəyi barədə qərar Azərbaycan Prezidentinin uğurlu siyasi-diplomatik strategiyasına verilən dəyərdir - ŞƏRH

İkinci Dünya müharibəsindən qısa müddət sonra - 1949-cu ildə Avropada hökumətlərarsı regional təşkilat kimi Avropa Şurası, “soyuq müharibə”nin kəskin dövründə - 1975-ci ildə siyasi dialoq platforması kimi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi - ATƏM (ATƏT-in sələfi) təsis olundu. Həmin dövrlərdə bölünmüş Avropa Varşava Müqaviləsi Təşkilatı və NATO kimi hərbi siyasi blokların qarşıdurmasından, Almaniyanın iki yerə parçalanmasından irəli gələn çağırışlarla üz-üzə idi. Bu gün isə Avropa Rusiya-Ukrayna müharibəsi ilə bağlı təhlükəsizlik və siyasi çağırışlarla qarşılaşıb. Bu çağırışların həlli üçün nə Avropa Şurasının, nə də ATƏT-in potensiala və müvafiq mexanizmlərə malik olmadığı reallıqdır.
Xəbərlər yüklənir...








