Avropa Mərkəzi Bankından verilən açıqlamada, İdarə Heyətinin dünənki toplantısında faiz nisbətlərinin dəyişdirilməməsi, siyasi faizlərin 0, depozit faizlərinin 40% və maliyyə faizlərinin də 25%-ə buraxıldığı bildirilib.

İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada, faiz göstəricilərinin ən azından gələn ilin ikinci yarısına qədər və inflyasiya rəqəminin 2% olduğu müddət ərzində dəyişməyəcəyi də qeyd olunub.

Bankın Uzunmüddətli Maliyyə Əməliyyatları proqramında da məlumatlar paylaşılıb. Həmin məlumatlara görə, Avropa Bankı banklara maliyyə əməliyyatlarına tətbiq olunan faiz göstəricisinin 10 əsas nöqtədən kredit imkanı verəcək.

Bank, faiz göstəricilərinin 2020-nin ikinci yarısına qədər eyni qalacağını bildirdikdən sonra, avro dollara qarşı dəyər qazanıb. Belə ki, avro dollar qarşısında 0.69% artaraq 1.13 dolları keçdi və son 7 həftənin n yuxarı həddinə çatdı.

Mərkəzi Bankın banklara borc verərək, Avropa əhalisinə və firmalara daha asan kredit verilməsini həyata keçirəcək proqram haqqında açıqlamalar verməsinin də avronun dollar qarşısında dəyər qazanmasına təsir edib.