Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulacaq.

İqtisadiyyat.az xəbər verir ki, sonuncu oyun gününün ilk görüşündə “Araz-Naxçıvan” “Zirə”ni qəbul edib.

Bu oyunda qonaqlar darmadağına seviniblər.

Daha öncə “Kəpəz” “Qəbələ”yə (2:1), “Səbail” “Sabah”a (2:0) qalib gəlib, “Turan Tovuz” – “Neftçi” matçında (1:1) qalib müəyyənləşməyib. Son oyun isə lider “Qarabağ”la əsas izləyicisi “Sumqayıt” arasında baş tutacaq.

Azərbaycan Premyer Liqası

24-cü tur

25 fevral

“Araz-Naxçıvan” – “Zirə” 0:3

Qollar: Vanderson Melo, 20-öz qapısına. Rəhim Sadıxov, 74. Rafael Utziq, 77