Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Qətərə rəsmi səfəri başlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.

Ararat Mirzoyan Qətərin Xarici İşlər Nazirliyində bu ölkənin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbd Əl-Rəhman Al Tani tərəfindən qarşılanıb.