1 martda Türkiyədə keçiriləcək Antalya Diplomatik Forumunda Azərbaycanı təmsil edəcək heyət açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, heyətə aşağıdakı siyasətçilərimiz daxildir:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev;

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov;

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov;

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov;

Energetika nazirinin müavini Kamal Abbasov;

Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov;

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Tural Gəncəliyev.