Analitiklər süni intellektin sürətlə inkişafından narahatlıqlarını dilə gətiriblər. 

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, süni intellektin sürətli inkişafı və məhsuldar süni intellekt texnologiyalarının həyatımızda artan yeri yenidən müzakirələrə səbəb olub. Bir qrup bu texnologiyanın inkişafının müsbət hal olduğunu vurğulasa da, digər qrup bunun təhlükəli və riskli inkişaf olduğunu bildirib.

Analitiklər isə bazarlarda süni intellektə sərmayə qoyan şirkətlərin sürətlə yüksəldiyini qeyd ediblər. Lakin bu hal olduqca risklidir. Çünki süni intellekt sayəsində işsizlik çoxala bilər. Bu isə ölkələrdə əhalinin sosial vəziyyətini getdikcə pisləşdirə bilər.