Amerikanın "Inversion Space" şirkəti kosmosda silah anbarları yerləşdirəcək.

İqtisadiyyat.az "SpaceNews"a istinadən xəbər verir ki, Amerikanın "Inversion Space" şirkəti Yerə yaxın kosmosda silah anbarlarının yerləşdirilməsi təklifi ilə ABŞ hərbi bazarına daxil olmağı planlaşdırır.

Hazırda "Inversion Space" şirkəti sursatları kosmosda saxlamaq və Yerin istənilən yerinə çatdırmaq üçün nəzərdə tutulmuş təkrar istifadə edilə bilən kapsul üzərində işləyir .

Bildirilib ki, təkrar istifadə edilə bilən kapsullardan başqa şeylərlə yanaşı, dərman preparatları, hərbi texnika və kiçik kəşfiyyat aparatları saxlamaq üçün istifadə oluna bilər.

 

Gözəl Həşimova