2023-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) işçilərinə 37,241 milyon manat xərc çəkib.

İqtisadiyyat.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2022-ci illə müqayisədə 14,55 % çoxdur.

Bundan başqa, hesabatda deyilir ki, bu il yanvarın 1-nə AMB-nin işçilərinə verdiyi kreditlərin məbləği 398 min manat təşkil edib. Bu isə ötən il yanvarın 1-nə nisbətən 12,9 % azdır.