Almaniya hökuməti yeni hərbi yardım paketi çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə 18 min 155 mm-lik mərmi və onlarla kəşfiyyat pilotsuz uçuş aparatını (PUA) təhvil verəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

Bildirilib ki, yeni hərbi yardım paketi çərçivəsində Almaniya Ukraynaya 18 min 155 mm-lik mərmi, 14 Vektor kəşfiyyat PUA-sı, 30 "RQ-35" "Heidrun" pilotsuz uçan aparatı, həmçinin Leopard tankları üçün sursat təhvil verəcək.

Ukrayna Silahlı Qüvvələrinə verilən texnikanın siyahısına 6 ədəd “Wisent 1” minaaxtaran maşın və iki “Qunduz” körpüdüzən maşın əlavə edilib. Almaniya həmçinin Kiyevə iki min "RGW 90 Matador" qumbaraatanları, 180 İHA aşkarlama sistemi və infraqırmızı kameralar göndərəcək.