Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" səpələnməmişlər səbətində yer alacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Bu mərhələnin ilk oyunları martın 7-də, cavab görüşləri isə 1 həftə sonra keçiriləcək. "Qarabağ" ilk matçını Bakıda oynayacaq.

Ağdam təmsilçisinin potensial rəqibləri bunlardır:

"Atalanta" (İtaliya)

"Bayer" (Almaniya)

"Brayton" (İngiltərə)

"Vest Hem" (İngiltərə)

"Vilyareal" (İspaniya)

"Liverpul" (İngiltərə)

"Reyncers" (Şotlandiya)

"Sparta" (Çexiya)