"Qarabağ" bu gün Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

İqtisadiyyat.az xəbər verir ki, "atlılar" Bakıda "Braqa" ilə qarşılaşacaq. Portuqaliya təmsilçisi ilə görüşə saat 21:45-də start veriləcək. Oyunu Bolqarıstandan olan referi Georgi Kabakov idarə edəcək.

Komandalar arasındakı ilk matçda "Qarabağ" 4:2 hesabıyla qələbə qazanıb.

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunu

22 fevral

21:45 Qarabağ - Braqa (Portuqaliya)

Baş hakim: Georgi Kabakov (Bolqarıstan)

Tofiq Bəhramov adına Respublika stadionu