Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupman 30 aprel - 4 may tarixlərində Cənubi Qafqaza səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Kupman regional əməkdaşlığı müzakirə etmək üçün aprelin 30-dan mayın 4-dək Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək.

Aprelin 30-da o, İrəvanda Aİ-ABŞ-Ermənistan yüksək səviyyəli görüşündə iştirak edəcək.//Report//