Avropa İttifaqı "xarici agentlər haqqında" qanunun qəbulu ilə əlaqədar Gürcüstanla vizasız rejimi ləğv etməyi təklif edib.

Bu barədə İqtisadiyyat.az "Financial Times"a istinadən xəbər verir.

Məlumata görə, Estoniya, Hollandiya, Çexiya və İsveç 2017-ci ildən qüvvədə olan rejimin ləğvini təklif ediblər.

Təşəbbüs müəllifləri, həmçinin Tbilisiyə qarşı məqsədyönlü sanksiyaların tətbiqini və Aİ-nin bu ölkə üçün vəsaitlərinin dondurulmasını təklif ediblər.

Xatırladaq ki, ötən həftə Gürcüstan prezidenti "xarici agentlər haqqında" qəbul edilmiş qanunu imzalamaqdan imtina edərək bunu Gürcüstanın Avropa yoluna maneə adlandırmışdı. Sənəd ölkədə etirazlara səbəb olub.

 

Gözəl Həşimova