Ağdam rayonunun dörd kəndinin layihələndirilməsi işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara başlayıb.

Belə ki, Nəmirli kəndinin (Şuraabad kəndi ilə birlikdə) layihələndirilməsi işləri aparılacaq. Şotlanlı (Umudlu kəndi ilə birlikdə) kəndinin işçi layihələri hazırlanacaq.

Layihə işlərini “Az.Arxitektura” MMC və “Tulpar İnşaat” MMC həyata keçirəcək.

Xidmət şirkətlərlə müvafiq olaraq, 1 170 796 manat və 1 062 000 manat dəyərində müqavilə bağlayıb.