ABŞ prezidenti Co Bayden İranla müharibə və Yaxın Şərqdə münaqişənin dərinləşməsini istəmir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Prezident yeni müharibə görmək istəmir, bunu əvvəllər deyib. O, İranla müharibə görmək istəmir, münaqişənin genişlənməsini və ya dərinləşməsini istəmir", - Kirbi Baydenin təyyarəsində keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, İsrailin zərbələri uğurla dəf etməsi onun nə qədər güclü olduğunu və həmçinin İranın hücumunun tamamilə uğursuz olduğunu nümayiş etdirib.