"Adana Demirspor"un baş məşqçisi Hikmet Karaman Super Liqanın 26-cı turunda "Alanyaspor"la heç-heçə etdikləri (3:3) görüşdən sonra fikirlərini bölüşüb.

İqtisadiyyat.az xəbər verir ki, mütəxəssis birinci hissədə səhvlər edən Şahruddin Məhəmmədəliyevin əvəzlənmə səbəbini də söyləyib:

"Oyuna yaxşı başladıq, hücumlar etdik, qol şansları yaratdıq. Lakin iki fərdi səhvə görə qol buraxdıq. Belə olanda məcbur oyunçu, sistem dəyişməli olursan.

İkinci hissəsə qapıçı dəyişikliyi ilə başladıq. Bütün riskləri aldım. 2 yoldaşımız özünü yaxşı hiss etmədi. Onlar da bizim oyunçumuzdur. Sonradan oyuna daxil olan Vedat Karakuş penalti çıxardır. Standart vəziyyətlərdə etibarlı idi. O da oyunu ilə rəqabətdə mən də varam dedi".

"Adana Demirspor" Super Liqada 32 xalla 10-cu sıradadır