ABŞ hesab edir ki, Rusiya Xarkov istiqamətində irəliləmək üçün addımlar ata bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu bəyanatla Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə çıxış edib.

"Biz Rusiyanın Xarkovda irəliləməyə çalışacağını gözləyirik. Ola bilsin ki, Rusiya qarşıdakı həftələrdə əlavə addımlar atacaq", - Patel deyib. 

Eyni zamanda Patel bildirib ki, Vaşinqton heç bir ciddi irəliləyiş gözləmir.

Mayın 11-də Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində bir neçə yaşayış məntəqəsinin azad edildiyini açıqlayıb.