ABŞ iqtisadiyyatı ötən ilin dördüncü rübündə 3,4% böyüyüb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Departamenti ötən ilin oktyabr-dekabr ayları üçün yekun ümumi daxili məhsul (ÜDM) məlumatlarını açıqlayıb.
ABŞ iqtisadiyyatı ötən ilin birinci rübündə 2,2%, ikinci rübdə 2,1%, üçüncü rübdə isə 4,9% artıb.
Ölkə iqtisadiyyatı 2023-cü ildə ümumilikdə 2,5% artıb. ABŞ iqtisadiyyatı 2022-ci ildə isə 1,9% böyüyüb.
Keçən ilin dördüncü rübündə ABŞ iqtisadiyyatının artımı əsasən istehlak xərcləri, əyalət və yerli hökumət xərcləri, ixrac və qeyri-yaşayış sahələrinə sabit investisiyalar hesabına baş verib.
Gözəl Həşimova